Dünya
Mer postuna namizədi mitinqdə güllələdilər
Meksikanın Miçoakan ştatının Yurekuaro şəhər meri yerinə namizəd olan Enrike Ernandes seçkiqabağı mitinqdə güllələnib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli özünümüdafiə hərəkatının lideri şəhərin mərkəzi meydanındakı mitinqdə seçiciləri qarşısında çıxış edəndə bir qrup silahlı şəxsin hücumuna məruz qalıb. Ondan əlavə daha 3 nəfər güllə yarası alıb.
Ernandes özünümüdafiə dəstəsinə 2013-cü ildə qoşulub. 2014-cü ilin may ayında keçmiş yerli özünüidarəetmə rəhbərinin öldürülməsində şübhəli bilinərək tutulub, ancaq heç bir sübut tapılmadığı üçün 3 ay sonra buraxılıb.