Dünya

Prezidentin müşavirinin evini yardılar

Prezidentin müşavirinin evini yardılar
Türkiyənin sabiq nəqliyyat naziri, hazırda prezident Rəcəb Tayyib Ərdoğanın siyasət məsələləri üzrə baş müşaviri olan Binali Yıldırımın evinə oğrular girib.

ANS PRESS-in məlumatına görə, hadisə Yıldırımın, Ankaranın Kazan rayonundakı evində baş verib.

Ətrafdan diqqəti cəlb etməmək üçün həyətə yük maşını ilə girən oğrular evin qapısını sındıraraq içəridən əsasən mebel və məişət əşyalarını aparıblar.

Bildirilir ki, Binali Yıldırım burda yaşamadığından evdə pul və bahalı qızıl-zinət əşyası olmayıb. Yıldırım bu evin həyətyanı sahəsində hobbi kimi təsərrüfat işləri ilə məşğul olurmuş.

Hadisədən xəbər tutan yerli jandarm faktla bağlı araşdırmalara başlayıb və oğruların tapılması istiqamətində əməliyyat davam edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button