Dünya

Bostonu partladan çeçen edam olunacaq

Bostonu partladan çeçen edam olunacaq
ABŞ-ın Boston şəhərinin məhkəməsi çeçen Cohar Sarnayevi edam cəzasına məhkum edib. O, 2013-cü ilin aprelində Boston marafonu əsnasında terror aktını həyata keçirməkdə suçlanıb.

Milli.az bildirir ki, məhkəmənin andlıları bağlı qapılar arxasında 15 saat müzakirələr aparandan sonra ABŞ tarixində ən səs-küylü terror aktlarından biri barədə qərarlarını qəbul ediblər.

\”Sarnayevin əməli ilə bağlı yüngülləşdirici və ağırlaşdırıcı məqamları nəzərə alaraq yekdil qərar qəbul etdik: Cohar Sarnayev edam olunmalıdır\”, – andlılardan biri çıxışında deyib.

Dövlət ittihamçısı Stiv Mellin 22 yaşlı Cohar Sarnayevlə bağlı edam cəzasını proses başlanandan istəyirdi.

Cohar Sarnayev ölümcül inyeksiya vasitəsilə edam olunacaq. Hökm açıqlanan kimi o, ABŞ-ın İndiana ştatındakı federal həbsxanaya göndəriləcək. Apellyasiyalar nəzərə də alınmaqla edamın indi yox, illər sonra reallaşdırılacağı istisna deyil.

Associated Press-in reportyoru məhkəmə prosesi başa çatan kimi C.Sarnayevin atası Anzor Sarnayevə zəng vurub. Lakin o, ah çəkib və danışmayıb.

Məhkəmənin hakimi Corc O-Tulun dediyinə görə, edam cəzası ilə bağlı qərar dəyişdirilə və ya ləğv oluna bilməz.

Sarnayevin vəkili Cudi Klark isə müvəkkilinin edam olunmamasını istəyirdi: \”Sutkada 24 saat təkadamlıq kamerada saxlanmaq edam cəzası qədər ağır cəzadır\”.

Vəkilin dediyinə görə, Cohar Sarnayev əslində böyük qardaşı, polislə atışmada qətlə yetirilmiş Tamerlan Sarnayevin təsirinə düşübmüş. Sarnayev qardaşları teraktı 2013-cü ilin aprelin 15-də, Boston marafonunda reallaşdırıblar. Marafonun finişində 12 saniyəlik intervalla iki bomba partladılmışdı.

Teraktda 3 nəfər həlak olmuş, 263 nəfər yaralanmışdı.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button