Dünya

Ermənistanda Serj Sarkisyana qarşı cinayət işi açıldı

Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb. Bu barədə “Sputnik Armenia”xəbər verir.

Bildirilib ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.

Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar uduzduğunu bildirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button