Dünya
İnanılmaz: nazir müavini polisə rüşvət verərkən tutuldu
Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev 1 600 dollar rüşvət verərkən tutulub.
\”Report\” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.
\”Çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın – red.) rüşvət verməyə cəhd edərkən tutulub\” – idarədən bildirilib.
M.Çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat Çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.
Loading...