Dünya
Ərdoğan jurnalisti tutdurur: \”Ondan əl çəkmərəm…\”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adana şəhərində saxlanılan Milli İstihbarat Təşkilatına (MİT) məxsus TIR-larla bağlı səsləndirilən iddialara sərt cavab verib.
\”Cümhuriyyət\” qəzetində TIR-larda silahların olduğu barədə məqalə dərc edilmişdi. Məqalənin müəllifi Can Dündar adlı jurnalistdir. Dündarın yayımladığı məqalə Ərdoğanı qəzəbləndirib. Ərdoğan bu iddia ilə bağlı bəyanat verib:
\”Hazırda bu TIR-lar vasitəsi ilə Bayırbucak türkmanlarına yardım edilir. MİT-ə atılan bu iddia cəsusluq fəaliyyətinin bir növüdür. Bununla əlaqədar mən vəkillərimə göstəriş vermişəm və bu məqaləni yayımlayanlar məhkəmə qarşısında cavab verəcək. Bu xəbəri hazırlayan şəxsdən əl çəkmərəm, o bunun bədəlini ödəyəcək\”.
Loading...