Dünya

Putinin öz oyunu, yoxsa yeni münaqişə? – Çeçenistanın Rusiya bayrağından imtina səbəbləri

“Çeçenistan müstəqil şəkildə yerli müdafiə güclərinin hərbi təlimini keçirir. Təlimlərdə diqqət çəkən məqam isə odur ki, hərbi texnikalar üzərində Rusiya bayraqlarından və ya hər hansı dövlət simvolunundan istifadədən nümayişkaranə şəkildə imtina ediblər”.

Bu sözləri politoloq Turab Rzayev bildirib. O qeyd edib ki, hərbçilər Çeçenistan sərhədləri boyu (800 km) təlimlər keçirəcək. Bundan başqa Çeçenistan digər subyektlərlə arasına sərhəd postları qoyacaq:

“Məsələnin maraqlı tərəfi bu addımın Rusiyada geniş rezonans doğurması, hətta qatı Putin dəstəkçilərini də açıq şəkildə narahat etməsidir. Çeçenistan rəhbərinin addımının iki izahı var. Hər ikisi Rusiya üçün pozitiv nəsə vəd etmir:

1) Çeçenistan postputin dövrünə hazırlaşır. Bu dövrdə yenə daxili çəkişmələr, sərhəd mübahisələri, hərc-mərclik gözlənilir. Ramzan Kadırov öz ölkəsini və sərhədlərini dəqiq müəyyən etməklə, potensial vətəndaş müharibəsindən kənarda qalmağa çalışır. Bu hal öz növbəsində Çeçenistan rəhbərinin artıq Rusiyanın və Putinin gələcəyinə inanmadığını göstərir. Əgər Moskva Kadırovun xərclərini ödəyə bilməsə və ya başqa fikir ayrılığı yaransa, Qafqazda üçüncü müharibə vaxtından əvvəl başlaya bilər.

2) Rusiya özü buna nəzarət edir. Bu halda da Rusiya artıq Cənubi Qafqazda nəzarəti itirdiyini başa düşür, öz sərhədlərini daha şimala çəkir və adəti üzrə periferiyasında münaqişə ocağı yaradır. 1990-cı illərdə Moskva çıxdığı hər yerdə münaqişə ocağı qoyurdu. İnquşetiyaya aid ərazilərin alınıb Çeçenistana verilməsi, hardasa eyni xalq olan çeçenlər və inquşlar arasında etnik zəmində qarşıdurmaların yaradılması da məhz buna hesablanıb. Bu halda da belə anlaşılır ki, Rusiya dərin dövləti artıq gələcəyi, postputin dövrünü qaranlıq görür”.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button