Dünya

Berdimuhammedovdan Ərdoğana AĞ “MERCEDES” jesti – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər edib. 

Savash.org xəbər verir ki, Prezident Sarayı önündə ali qonağın qarşılanması mərasimi olub. Ərdoğanın hava limanından qarşılanma mərasiminə ağ rəngli xüsusi “Mercedes” avtomobilində gəlməsi diqqət çəkib. İlk dəfə rast gəlinən bu görüntü Türkmənistan Prezidentinin Türkiyə liderinə xüsusi jesti kimi qiymətləndirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransında iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 5 milyard dollara yüksəltmək barədə razılığa gəldiklərini söyləyib.

Türkiyə ilə Türkmənistan arasında media, kənd təsərrüfatı, bank sistemi, səhiyyə, energetika sahələri üzrə müqavilələr imzalanıb.
Qarşılanmadan hazırlanmış həmin görütüləri təqdim edirik:

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button