Dünya

Əfqanıstan-İran sərhədində gərgin döyüşlər gedir

İran-Əfqanıstan sərhədində İran sərhədçiləri ilə radikal “Taliban” hərəkatının silahlıları arasında ağır silahların tətbiqi ilə irimiqyaslı toqquşma baş verib.

Bu barədə Əfqanıstanın “Aamaj New”s agentliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın şimalındakı Nimroz vilayətinin Kanq rayonunda intensiv silahlı toqquşmalar gedir. Taliban nümayəndələri yerli sakinlərdən evlərini tərk etmələrini xahiş edirlər.

Hazırda radikallar zirehli texnikaları sərhədə doğru daşıyırlar. Bundan əlavə, hər iki tərəf artilleriyadan fəal şəkildə istifadə edir.

Münaqişənin səbəbləri barədə məlumat verilmir.

Agentliyin məlumatına görə, intensiv silahlı toqquşmalar nəticəsində Əfqanıstan-İran sərhədində yerləşən bir neçə İran keçid məntəqəsi Taliban yaraqlılarının nəzarətinə keçib. Bir neçə iranlı sərhədçi radikallar tərəfindən əsir götürülüb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button