Dünya

ABŞ səfirliyinin əməkdaşı həbs olundu

ABŞ səfirliyinin əməkdaşı həbs olunduABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək Misir təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu barədə çərşənbə axşamı \”Daily News Egypt\” nəşri məlumat yayıb.

Səfirlikdə işləyən Misir vətəndaşının saxlanılması barədə məlumatı Amerika diplomatik nümayəndəliyi də təsdiq edib. Bununla yanaşı, səfirlik onun haqqında şəxsi məlumatlar verməkdən imtina edib.

KİV-in məlumatına görə, həbs edilən şəxs 42 yaşlı Əhməd Əlidir. O, səfirliyin təhlükəsizlik əməkdaşı vəzifəsində çalışıb. Misirin Dövlət Təhlükəsizlik Prokurorluğu səfirlik əməkdaşını \”Heluan briqadası\” terror qruplaşmasının fəaliyyəti ilə əlaqədə ittiham edərək, onun qrupu idarə etməklə yanaşı Qahirə ətrafında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücuma bilavasitə qatıldığını bəyan edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button