Dünya
Hüsnü Mübarəkin öldüyünə dair xəbər yayılıb
Misirin inqilabla postundan uzaqlaşdırılan sabiq prezidenti Hüsnü Mübarəkin yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdiyini bildirilir.
Avropa.info-nun ərəb mətbuatına istinadən verdiyi xəbərdə Mübarəkin dünən vəziyyətinin pisləşməsi ilə bağlı Məədi hərbi xəstəxanasına yerləşdirildiyi bildirilir.
Bu gecə isə Misirin bir çox sayt və xəbər portallarında Mübarəkin öldüyü bildirilsə də Misir höküməti tərəfindən hələ ki, rəsmi açıqlama olmayıb.