Dünya

“Ukraynaya müdaxilə etsən…” – Bayden Putinə son xəbərdarlığını edəcək

ABŞ prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya müdaxilənin iqtisadi nəticələri barədə xəbərdarlıq edəcək.

Bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi məlumat yayıb.

“Rusiya irəliləyəcəyi təqdirdə Bayden xərclər barədə xəbərdarlıq edəcək. Bundan əlavə, Bayden problemin həlli üçün diplomatik yolların işə salınmasını təşviq edəcək”, – o bildirib.

Ağ Ev rəsmisi Baydenin bu gün Ukrayna prezidenti Vladimir Zelenski və digər avropalı müttəfiqləri ilə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalarla bağlı danışacağını qeyd edib.

Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ABŞ-ın atacağı hərbi addımlar barədə ətraflı məlumat vermək istəməyən rəsmi bölgəyə NATO əsgərlərinin göndərilməsi ehtimalını da inkar etməyib.

Turan Rzayev

sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button