Dünya

AKP-CHP koalisiyasının ilk işarəsi – Ərdoğandan sürpriz görüş

AKP-CHP koalisiyasının ilk işarəsi - Ərdoğandan sürpriz görüşTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Davudoğlunun istefasından sonra ana müxalifət partiyası CHP-nin keçmiş lideri Dəniz Baykal ilə sürpriz görüş keçirəcək.

Görüş bu gün günorta saatlarında baş tutacaq. Ərdoğanın iyunun 9-u Antalyada olan Baykala mesaj göndərərək onunla görüşmək istədiyini, Baykalın isə CHP lideri Kemal Kılıçdaroğlu ilə razılaşdıqdan sonra müsbət cavab verdiyi məlum olub.

Türkiyə mətbuatı Ərdoğan-Baykal görüşünün nəticəsi olaraq Baykalın TBMM-ə sədrliyinə namizədliyinin irəli sürüləcəyini, bunun da AKP ilə CHP arasında koalision hökumət üçün bir araya gələ biləcəyinin işarəsi olduğunu yazıb

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button