Dünya
19 yaşlı rus qızı İŞİD-ə qoşulmaq üçün evdən qaçdı, Türk polisi onu sərhəddə yaxaladı – VİDEO
Türkiyədə saxlanılan Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanı gətirən təyyarə Moskvanın Şeremetovo aeroportunda eniş edib.
Bu barədə \”Qovorit Moskva\” radiostansiyası xəbər verib. Aeroportun binasında jurnalistlər İŞİD terrorçu qruplaşmasına qoşulmaq üçün evdən qaçan Karaulovanı gözləyiblər.
Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin tələbəsi 19 yaşlı Varvara Karaulova Suriya ilə sərhədi keçməyə çalışarkən Türkiyə polisi tərəfindən yaxalanıb.
Varvara Rusiyaya gəldikdən sonra sorğu-sual edilmək üçün polisin bölməsinə aparılacaq. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva açıqlama verib.
Loading...