Dünya

Qırğızıstan-Tacikistan sərhədində silahlı insident oldu

Qırğızıstanla Tacikistan arasında sərhəddə silahlı insident qeydə alınıb. Bu barədə Qırğızıstanın “AKIpress” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Qırğızıstan vətəndaşları Batken vilayətinin Batken rayonunun Koço-Boyu ərazisində tikinti işləri aparıblar. Hadisə yerinə gələn Tacikistan sərhədçiləri tikintinin dayandırılmasını tələb etməyə başlayıblar. Daha sonra mübahisə davaya çevrilib. Dava zamanı tacik hərbçilərindən biri “Makarov” tapançasından havaya 4 dəfə atəş açıb.

Tərəflər birtərəfli araşdırmalar aparmaq və nəticələri ümumiləşdirmək üçün görüşmək barədə razılığa gəliblər. Hazırda sərhəddə vəziyyət sabitdir.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir, Sovet İttifaqının dağılmasından sonra onlarla mübahisəli hissələr qalıb. Bu səbəbdən iki respublikanın sakinləri ilə hərbçilər arasında vaxtaşırı silahlı münaqişələr baş verir.

İki dövlətin hökumət komissiyaları sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqları davam etdirir. (Report)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button