Dünya
Rusiyada “omikron” ştammına yoluxanların sayı 25-ə çatdı

Rusiyada koronavirusun “omikron” ştammına yoluxanların sayı 25 nəfərə çatıb. Bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova deyib. Onun sözlərinə görə, yeni ştamma yoluxmalar Moskva, Sankt-Peterburq və Rostovda qeydə alınıb. Nazir müavini əlavə edib ki, “omikron”a yoluxmanın yayılmasının qarşısını almaq çətin olacaq.
Xatırladaq ki, ÜST noyabrın 26-da Afrikanın cənubunda aşkar edilmiş koronavirusun B.1.1.529 ştammını “narahatlıq doğuran variant” adlandırmış və “omikron” adını vermişdi. Bu günədək yeni ştamm 77 ölkədə qeydə alınıb.