Dünya

Putin Bakıdan qayıdan kimi Milleri yanına çağırdı

Putin Bakıdan qayıdan kimi Milleri yanına çağırdı

Rusiya prezidenti Vladimir Putin Bakıdan qayıdan kimi “Qazprom” rəhbəri AlekseyMilleri Kremlə, “xalça üzərinə” çağırıb.

Virtualaz.org saytı xəbər verir ki, Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğanla apardığı energetika danışıqlarının nəticələrinə dair “Qazprom” rəhbərinə xüsusi tapşırıqlar verəcək. Miller bu gün Kremldə olmalıdır. Rusiya prezidentinin mətbuat katibi DmitriPeskov bildirib: “Rusiya prezidenti Azərbaycan və Türkiyə ilə müqavilələrə şəxsən nəzarət edir. Görüşün gündəliyində dövlət korporasiyasının beynəlxalq layihələrinə dair məsələlər, hər şeydən əvvəl “Türk axını” məsələsi daxildir”.

İyunun 13-də Bakıda Türkiyə və Rusiya prezidentləri arasında görüşdə əsas müzakirə mövzusu “Türk axını” qaz kəməri layihəsi olub. “Kommersant” qəzetinin Rusiya nümayəndə heyətindəki mənbələrdən əldə etdiyi məlumata görə ƏrdoğanlaPutinin görüşü asan keçməsə də Türkiyə dövlət başçısı ölkəsinin bu layihəyə dair əvvəl əldə edilmiş şifahi razılaşmalara sadiq qaldığını, kəmərin Türkiyə hissəsinin “nəzərdə tutulan vaxtda” tikiləcəyini bildirib.

“Türk axını” kəməri Türkiyənin Yunanıstanla sərhədinə ildə 63 milyard kubmetr Rusiya qazı nəql etməlidir. Oradan isə qazın Yunanıstan və Balkan ölkələrindən keçməklə Avropanın qalan hissəsinə nəql olunması nəzərdə tutulur.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button