Dünya

İran hakerləri 16 ölkənin məxfi materiallarını ələ keçirib

İran hakerləri 16 ölkənin məxfi materiallarını ələ keçirib
İran hakerləri Türkiyənin də daxil olduğu 16 ölkənin dövlət sirlərini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə mərkəzi ABŞ-da yerləşən “Cylance” kiber təhlükəsizlik şirkəti məlumat verib.
Məlumatda bildirilir ki, paytaxt Tehranda hərəkətə keçən hakerlər son 2 ildə Türkiyə də daxil olmaqla 16 ölkənin dövlət əhəmiyyətli sənədlərini ələ keçirilməsi ilə məşğuldur.

\”Satır əməliyyatı\” adı verilən rəqəmsal casusluq prosesində ABŞ, İngiltərə, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İsrail, Küveyt, Meksika, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri hədəf alınıb.

“Milliyyət”də yer alan xəbərlərə görə, 2012-ci ildən bəri davam edən \”Satır əməliyyatı\”nda adı çəkilən ölkələrin hökumət təşkilatları və mühüm infrastruktur şirkətlərinin məlumat şəbəkəsinə sızılıb. Böyük qismi Tehranda, qalanları Hollandiya, Kanada və İngiltərədə fəaliyyət göstərən kompüter piratları mühüm dövlət əhəmiyyətli sirləri ələ keçirib.

İranın kiber hücumunun daha öncə görülməmiş səviyyəyə çatdığını bildirən “Cylance” hesabatında İranın dünya ölkələrini kiber müharibəyə sövq etdiyini deyib: “İranın kiber müharibə bacarığı getdikcə artır. Onların hücumları “Stuxnet” virusunun fəaliyyəti ilə bağlıdır”.

Xatırladaq ki, ABŞ və ya İsrailə aid olduğu deyilən “Stuxnet” virusu İranın nüvə proqramına ciddi zərər vurmuşdu.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button