Dünya

\”Gürcüstandan qovduğum \”vor zakon\”lar məni Odessada qarşıladı\”

"Gürcüstandan qovduğum "vor zakon"lar məni Odessada qarşıladı"Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili regionun bütün yollarında ictimai nəqliyyatda ta o vaxtadək gəzmək fikrindədir ki, bütün yollar təmir edilsin.

O, bu barədə STB telekanalının jurnalisti ilə söhbətində bildirib.

“Saakaşvili ilə bir gün” süjetində qubernator jurnalistlə velosipeddə gəzintiyə çıxıb. Eyni zamanda çimərliklərin birinə baş çəkib. Saakaşvili deyib ki, bu, onun qubernator kimi dənizə ilk gəlişidir.

Çimərliklərin vəziyyətini qiymətləndirən qubernator bildirib ki, situasiya onun ölkəsindəki islahatlara kimi olan durumdan yaxşıdır.

“Burada potensial qat-qat böyükdür, nəinki ilkin Gürcüstanda” – deyə eks-prezident bildirib.

Bununla belə, o, xüsusilə də cinayətkarlıq planında vəziyyətin yaxşı olmadığını vurğulayıb.

“Biz bura milis rəisi ilə gəlmişik… Bizi burada Gürcüstandan qovduğumuz “qanuni oğrular” qarşıladılar. İndi biz onları buradan ikinci dəfə deportasiya edəcəyik” – deyə Saakaşvili təəccübünü gizlətməyib.

Gəzintidən sonra qubernator özünün ikiotaqlı dövlət evini göstərib. Həmçinin ictimai nəqliyyatda yolları yoxlamaq üçün rayon əhəmiyyətli Tatabunar şəhərini gəzib. Saakaşvili söz verib ki, yollar təmir edilməyincə ictimai nəqliyyatda gəzintini davam etdirəcək (musavat.com).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button