Dünya

Özbəkistan prezidentindən Lukaşenkonun hədəsinə cavab: “İstənilən təhlükəyə cavab verəcəyik…”

“Bu yaxınlarda bəzi dövlətlərin rəhbərləri əsassız bəyanatlarla çıxış edərək bəyan etdilər ki, Özbəkistan Qazaxıstanda baş verən hadisələrdən dərs almalıdır”.

Bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Təhlükəsizlik Şurasının bugünkü iclasında deyib.

Mirziyoyevin sözlərinə görə, Özbəkistan hakimiyyəti regiondakı vəziyyəti diqqətlə izləyir və ölkədə istənilən təhlükəyə adekvat cavab vermək üçün lazım olan hər şey var.

Xatırladaq ki, yanvarın 10-da KTMT-nın Qazaxıstandakı vəziyyətlə bağlı fövqəladə sessiyasında çıxış edən Belarus lideri bildirib ki, Özbəkistan bu vəziyyətdən dərs götürməlidir: “Əgər belə deyilsə, onda bizdə olan məlumata görə, onların fikirləri Özbəkistana yönəlib”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button