Dünya

Nazarbayevin qızı sosial şəbəkədən yox oldu – “Səhifə silinib”

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə sosial şəbəkələrdəki səhifələrinə girişi məhdudlaşdırıb, çünki hesablardan birində onun yeri göstərilib.

Hazırda Aliyə Nazarbayevanın Facebook və Instagram səhifələrinə daxil olmaq mümkün deyil. Link etibarsızdır və ya səhifə silinib, – onun səhifəsinə baxmaq istəyəndə Instagram xəbərdarlıq edir.

Əvvəllər Nazarbayevin kiçik qızı Qazaxıstanda baş verənləri şərh edib və jurnalistlər onun BƏƏ-yə getdiyini irəli sürüblər – bunu sosial şəbəkələrdə yerin linki göstərirdi.

REGNUM-un xəbərinə görə, daha əvvəllər kütləvi iğtişaşlar fonunda Nazarbayev və onun qohumlarının Qazaxıstanı tərk etməsi ehtimal edilirdi. Lakin yanvarın 12-də Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Nazarbayevin Nur-Sultanda olduğunu açıqlayıb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button