Dünya

“Rusiya Ukraynaya hücum etsə, Türkiyə özünü NATO ölkəsi kimi aparacaq” – Ərdoğan

Rusiyanın Ukraynaya müdaxiləsi halında Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

Türkiyə lideri Türkiyənin hansı addımları atmağa hazır olduğunu və Şimali Atlantika Alyansının üzvü kimi hansı öhdəliklərin olduğunu açıqlamayıb.

“İndi biz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaq istəyirik. Biz Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Lakin Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək”, – Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. “Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozan addımlarına, xüsusilə Krımın anneksiyasına qarşı açıq mövqe tutmuşuq”, – deyə Ərdoğan bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button