Dünya

ATƏT Ermənistanı güc tətbiqindən çəkinməyə çağırdı

ATƏT Ermənistanı güc tətbiqindən çəkinməyə çağırdı\”ATƏT-in başqa iştirakçı dövlətləri kimi Ermənistan da dinc sərbəst toplaşmaq haqqını müdafiə və təşviq etməklə bağlı öhdəlik götürüb. Odur ki, İrəvanda etiraz aksiyası keçirənlərin haqqına hörmətlə yanaşılmalıdır\”.

\”Report\” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bunu ATƏT-in demokratik insitutlar və insan haqları üzrə bürosunun direktoru Mixael Georq Link bildirib.

O, rəsmi İrəvanı güc tətbiqindən, şübhəli həbslər, qərəzli mühakimələr etməkdən çəkinməyə çağırıb.

Xatırladaq ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zor tədbiq etməklə dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button