Dünya

Başına 5 milyon dollar qoyulmuş terrorçu öldürüldü

Başına 5 milyon dollar qoyulmuş terrorçu öldürüldü

London və Nyu-Yorkda bomba hücumu hazırlamaqda ittiham edilən yüksək rütbəli \”əl-Qaidə\” silahlısı Adnan Şükrcuma Pakistanda öldürülüb.

\”The Associated Press”in İslamabaddan verdiyi xəbərdə deyilir ki, o, 2009-cü ildə ABŞ tərəfindən axtarışda idi və Nyu-York şəhərində metroda partlayış planı həyata keçirməyə cəhddə suçlu bilinirdi.

Adnan Şükrcuma “əl-Qaidə”nin beynəlxalq səviyyəli əməliyyatlarına rəhbəri kimi tanınırdı. O, Pakistanın ucqar regionlarından olan Vəziristanda hərbi reyd zamanı öldürülüb.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 39 yaşlı səudiyyəlini \”həbsi ən çox arzu olunan” şəxslər sırasına daxil etmiş və onun həbsinə yardım edənə 5 milyon dollar mükafat ayırmışdı.

FTB bildirib ki, Adnan Şükrcuma 2008-ci ildə Nyu-York metrosunu partlatmaq üçün 3 nəfəri yoldan çıxarıb və onlara Vəziristanda hərbi təlimlər keçib. Terrorçular eyni planı London metrosunda da həyata keçirməyi nəzərdə tutublar.

ABŞ-ın baş prokuroru Erik Holder o vaxt bəyan etmişdi ki, bu, 11 sentyabr hadisəsindən sonra ən təhlükəli plan idi.

Qeyd edək ki, Dünya Ticarət Mərkəzi Nyu-York şəhərində Manhetten səmtində yerləşirdi və 11 sentyabr, 2001-ci ildə terror hücumları zamanı dağdılıb.

Ələ keçmiş terrorçu Əbu Zubeydah ifadəsində bildirmişdi ki, Adnan Şükrcuma həmin hadisədən sonra ABŞ və Avropada bu kimi hücumları davam etdirməkdə israr edib. O, Floridada təhsil alıb. 2003-cü ildə FTB onu Amerikada həbs etmək istəyib. Bundan duyuq düşən Adnan Şükrcum bir az əvvəl Amerikanı tərk edibmiş.

2004-cü ildə ABŞ baş prokuroru olmuş Con Aşkroft Adnan Şükrcuma haqqında belə demişdi: “O, Amerika üçün böyük təhlükədir” (musavat.com).

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button