Dünya

Nazarbayev İtaliyanın baş naziri ilə liftdə qaldı

Nazarbayev İtaliyanın baş naziri ilə liftdə qaldıQazaxıstan prezidenti Nursultan Nazarbayev İtaliyanın baş naziri Matteo Rentsi ilə Milanda keçirilən Qazaxıstan-İtaliya biznes-forumu zamanı liftdə qalıblar.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Nazarbayev və Rentsinin liftdə qalması bir neçə dəqiqə çəkib. Situasiyadan çıxış yolu kimi yanğınsöndürənlər baltadan istifadə ediblər.

Siyasətçilər baş verən olayı yumorla qarşılayıblar. Hadisədən bir neçə saat sonra Matteo Rentsi zarafatla deyib: “Bizim Qazaxıstanla çox sıx əlaqələrimiz var”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button