Dünya
İsa peyğəmbərin doğulduğu yerdə Milad ağacı quruldu
Milad mövsümünə start verən ölkələr sırasına Fələstin də qoşulub.
ANS PRESS-in məlumatına görə, ötən gün Betlehem şəhərində Milad ağacı işıqlanıdırılıb.
Xaçpərəstlərin müqəddəs kitabı İncilə əsasən Betlehem Həzrət İsanın anadan olduğu yer kimi göstərilir.
Tədbirə yüzlərlə insan qatılıb. Tədbirdə, eyni zamanda, pirotexniki vasitələrlə atəş-fəşanlıq baş tutub.