Dünya

Dünyanın ən kök insanı öldü (FOTO)

Dünyanın ən kök insanı öldü (FOTO)
445 kq çəkisi ilə rekord qıran dünyanın ən kök insanı vəfat edib.

ANS PRESSin məlumatına görə, İngilis Keith Martın gənclik illərində normal insanlarla eyni kiloda olub. Lakin anasının vəfatından sonra çox yemək yeməyə başlayıb. Nəticə də onun kiloları durmadan artıb.

İşsiz olan Martinin piylənməsinə səbəb fastfood ilə qidalanması göstərilib. Ona gündəlik tövsiyyə olunan 2000 kalori miqdarının on qatını qəbul edən Keith Martin, səhər yeməyində 6 yumurta ilə yanaşı pizza, kabab, çin yeməyi və hamburger kimi qidaları da qəbul edib. O, həmçinin şokolad, cips kimi çərəzlərlə çox miqdarda qidalanıb.

Mütəxəssizlər isə Keith Martinin bədəninin skletinin bu ağırlıqda kilonu daşımasının mümkünsüz olduğunu bildirib.

Gün ərzində 20.000 kalori qəbul edən 44 yaşındakı Martinin sətəlcəm səbəbi ilə həyatını itirdiyi bildirilir.

Qeyd edək ki, Keith Martin bundan 8 ay əvəl mədə əməliyyatı keçirib və kilosunun ¾ hissəsini itirib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button