Dünya

Merkel: \”Rusiya Qafqaza da problemlər yaradacaq\”

Merkel: "Rusiya Qafqaza da problemlər yaradacaq"
\”Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı Avropa Birliyi ölkələrinin cavabı düzgün idi\”.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.

Merkel Rusiyanın Qafqaza da təsir edəcəyini bildirib:

\”Rusiyanın hərəkətlərinə qarşı Avropanın reaksiyası düzgün idi. Moskva Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini pozdu. Budapeşt memorandumuna əməl etmədi. Bu şəkildə Rusiya hələ iki dövlətə də problemlər yaradacaq. Bunlar Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalamış Moldava və Gürcüstandır\”.

Rusiyanın Balkan ölkələrini bir sıra iqtisadi və siyasi asılılığa salmağa çalışdığını deyən Merkel Moskvanın Ukrayna böhranını yaratmasının əhəmiyyəti olmayacağını qeyd edib.
– See more at: http://axar.az/news/36934#sthash.kBwAtJMp.dpuf

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button