Dünya

Türkiyədə situasiya nəzarətdən çıxır

Türkiyədə situasiya nəzarətdən çıxır
Türkiyənin Şanlıurfa vilayətində 2 polis əməkdaşının meyiti aşkarlanıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Şanlıurfa valisi İzzəddin Küçük vilayətin Ceylanpınar qəsəbəsində eyni evdə qalan və çevik polis alayında xidmət edən 2 polis məmurunun meyitinin tapıldığını bildirib. Polis əməkdaşları başlarından güllə ilə vurularaq öldürülüblər.

İ. Küçük olayın terror olub-olmadığını hələlik bilmədiklərini söyləyib. Hadisə yerində tədqiqat aparılır. Xatırladaq ki, iyulun 20-də Şanlıurfanın Suruç rayonunda törədilən terror aksiyası zamanı 32 nəfər ölüb.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button