Dünya

Ukraynada Leninin daha bir heykəlini uçurdular – (Video)

Ukraynada Leninin daha bir heykəlini uçurdular - (Video)Ukraynanın Dnepropetrovsk vilayətinin Novomoskovsk şəhərində Leninin daha bir heykəlini uçurublar.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, kamifulyajda olan adamlar abidəni böyük yük maşınına qoşublar və trosun köməyi ilə yerə yıxıblar. Bu zaman “Yaşasın Ukrayna!” şüarları və alqışlar səslənib.

Qeyd edək ki, indiyədək Ukraynanın müxtəlif şəhərlərində Leninin onlarla heykəli uçurulub. Krımın Rusiya tərəfindən tutulmasından sonra bu hallara daha tez-tez rast gəlinir.
https://www.youtube.com/watch?v=Y43LyWHT5LY

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button