Dünya
\”Boko Haram\” 50 nəfərin başını kəsdi
Nigeriyanın şimalında silahlıların həyata keçirdiyi növbəti hücum nəticəsində onlarla adam həlak olub.
Savash.org BBC-yə istinadən xəbər verir ki, Çad gölü yaxınlığında həyata keçirilmiş hücum zamanı göl sahilində balıq satışı ilə məşğul olan 50-dək adam ödürülüb.
Yerli sakinlərin ifadələrinə əsasən, silahlılar əvvəlcə yolu bağlayıblar, sonra onlarla adamın boğazını kəsib, qalanlarını isə əl-qolunu bağlayaraq gölə atıblar.
Son bir neçə gün ərzində bu, Borno ştatında sayca ikinci irimiqyaslı hücumdur.
Qətliamın 4 yaraqlının güllələnməsinə cavab olaraq \”Boko Haram\”ın qisas aksiyası olduğu ehtimal edilir.
Loading...