Öcalanın ölüm xəbəri yayıldı
Türkiyədə PKK lideri Abdullah Öcalanın ölüm xəbəri yayılıb.
ANS PRESS “Radikal” qəzetinə istinadən bildirir ki, PKK liderinin 5 aydırkı ailəsi və rəsmilərlə görüşməməsi bu ehtimalları artırıb. Məsələ bir çox saytlar tərəfindən işıqlandırılıb və sosial mediada geniş paylaşılıb. Nəticədə, Türkiyə ədliyyə naziri Kənan İpək açıqlama verməyə məcbur olub.
\”Son günlərdə bəzi internet saytlarında PKK lideri Abdullah Öcalanın öldüyünə dair bəzi xəbərlərin yazıldığı və bu xəbərlərin sosial mediada yayıldığı müşahidə edilib. Abdullah Öcalanın öldüyü barədə yayılmış bu xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu xəbərlərin müəyyən məqsədlərlə yayıldığı aydın görünür\”,- deyə nazir vurğulayıb.
Amma Türkiyə parlamentinin üzvü, Milliyətçi Hərəkat Partiyasının (MHB) Ankaradan seçilmiş millət vəkili Şevkət Çətin hazırda Öcalanın saxlandığı adaya girişiin qadağan edildiyi və mətbuata susmaq əmri verildiyini bildirib.