Dünya

“Human Rights Watch”dan İran prezidentinə ŞOK – “Edamlara görə mühakimə olunmalıdır”

“Human Rights Watch” təşkilatı araşdırma sənədi yayaraq 1988-ci ildə İranda minlərlə siyasi məhbusun edam edilməsinin insanlığa qarşı cinayət nümunəsi olduğunu bildirib.

Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

“1988-ci ildə İran hakimiyyəti tərəfindən minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilməsinin insanlığa qarşı cinayət olduğuna dair kifayət qədər sübutlar var” – təşkilatın yaydığı sənəddə bildirilir.

“Human Rights Watch” yaydığı sənəddə İranın hazırkı prezidenti İbrahim Rəisinin “ölüm heyəti”nin üzvü kimi bu edamlarda rolunu xüsusi vurğulayıb.

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin və Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki həbsxanalarda Xomeyninin birbaşa göstərişi ilə və “ölüm heyəti” kimi tanınan dörd nəfərdən ibarət qrup tərəfindən minlərlə siyasi məhbus edam edilib. Edamların dəqiq sayı məlum deyil.

“Human Rights Watch”a görə keçmiş İran rəsmilərinin hesablamalarına və insan haqları qrupları və ya İran hökumətinə müxalif qrupların tərtib etdiyi siyahılara əsasən, 32 şəhərdə ən azı 2800-5000 məhbus edam edilib.

Turan Rzayev

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button