Dünya

“Putinin iki il ömrü qalıb…” – Kəşfiyyat Rusiya lideri ilə bağlı sensasion detallar açıqladı

Rusiya prezidenti Putinin sağlıq durumu ilə bağlı yeni iddia irəli sürülüb.

Ukrayna kəşfiyyatı Putinin səhhətinin pisləşdiyini bildirərək Rusiya liderinin qalan ömrünü açıqlayıb. Bu barədə kəşfiyyatın rəisi, general-mayor Kirilo O. Budanova məlumat verib. O, bildirib ki, Ukrayna rəsmiləri Putinin ağır xəstələnəcəyini və iki il ərzində öləcəyini gözləyirlər.

Xatırladaq ki, ötən həftələrdə “İngilis Mirror” qəzeti həkimlərin Rusiya liderinə maksimum 3 il ömür verdiyini bildirmişdi. Rus agenti qəzetə açıqlamasında “Putinə televiziyada deyəcəklərini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçaları lazımdır. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”, deyə söyləmişdi.

Rusiya mərkəzli bir araşdırma platforması olan “Proekt” tərəfindən daha əvvəl dərc edilən sənədlərdə Putinə səfərləri zamanı ən azı 5 fərqli həkimin nəzarət etdiyi qeyd olunmuşdu.

Günay Rəsulqızı

Sfera.az

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button