Dünya

Britaniya Misirdəki səfirliyini bağladı

Britaniya Misirdəki səfirliyini bağladıBöyük Britaniyanın Qahirədəki səfirliyi fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, rəsmi Londonun bu qərarı Qahirədə təhlükəsizliyin yetərli səviyyədə olmadığı üçün verdiyi bildirilib.

Lakin Misirin İsgəndəriyyə şəhərində yerləşən Britaniya konsulluğunun öz işini davam etdirdiyi açıqlanıb.

Qeyd edək ki, son illər Misirdə tez-tez terror hücumları baş verir. Sonuncu dəfə isə belə hadisə Qahirə metrosunda bombanın partladılması olub. General Sisinin ölkədə əks inqilabi çevrilişindən sonra atılan bu addım gözlənilməz hesab edilir. Ekspertlər Londonun bu addımının ölkədə gələcəkdə baş verəcək yeni böhranların xəbərçisi olduğunu bildirirlər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button