Dünya

Ölüm əmrini Putin verib – Londonda sensasion məhkəmə

Ölüm əmrini Putin verib - Londonda sensasion məhkəməİngilis kəşfiyyatı üçün çalışan Rusiya Xüsusi Xidmət Orqanlarının keçmiş əməkdaşı Aleksandr Litvinenkonun ölümü ilə bağlı aparılan istintaqda sensasion detal üzə çıxıb.

Avropa.info xəbər verir ki, Litvinenkonun ailəsinin vəkili Ben Emmerson qalmaqallı açıqlama ilə çıxış edib.

Emmerso Litvinenkonun işi ilə bağlı London Ali Məhkəməsinin yekun iclasında müştərisinin ölümünün Rusiya prezidenti Vladimir Putinin əmri ilə həyata keçirildiyini açıqlayıb.

\”Litvinenkonun ölüm əmrini Putin vermişdir. Bu mütəşəkkil cinayətkarlığın sübutları göz qabağındadır\”

Məhkəmədə Litvinenkonun xanımı Marina istintaq zamanı həyat yoldaşının qatillərinin və qətlinin sifarişçilərinin üzə çıxdığını deyib.

İngilis mətbuatının yazdığına görə, Kreml Londonda 6 aydır aparılan araşdırmaları qərəzli hesab edir. İstintaqın rəhbəri Robert Ouenin Litvinenkonun işi ilə bağlı hesabat hazırlayacağı və yaxınlarda İngiltərə Daxili İşlər Nazirliyinə təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, Litvinenko 2006-cı ildə Londonda bir oteldə iki keçmiş iş yoldaşı Andrey Luqovoy və Dmitri Qovdun ilə çay içdikdən sonra, polonyum-210 maddəsindən zəhərlənərək 43 yaşında həyatını itirmişdi.

Rusiya Luqovoy və Qovdunun İngiltərəyə ekstradisiya edilmə istəyini rədd etmiş, hadisə iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button