Dünya

ABŞ \”ən ölümcül\” silahını təqdim etdi

ABŞ "ən ölümcül" silahını təqdim etdi

ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) \”Virciniya\” tipli yeni sualtı qayığı öz arsenalına qəbul edib.

Azvision.az \”CNN\”-ə istinadən xəbər verir ki, \”Con Uorner\” adı verilən qayıq ABŞ-ın \”ən ölümcül\” silahlarından biri hesab olunur.

Onun su basımı 7800 tondur, o 500 metr dərinliyə qədər enə bilər. Sualtı qayıq \”Tomaqavk\” qanadlı raketini buraxmaq üçün 12 işəsalma qurğusu, həmçinin MK 48-in ağır torpedaları üçün dörd bölmə ilə təchiz olunub.

Bundan əlavə sualtı qayıq pilotsuz uçan qurğularda havaya buraxa bilər. Belə bir sualtı qayığın qiyməti iki milyard dollardır.

\”Bu bizim arsenalımızda olan ən texnoloji və ölümcül silahdır\”, – deyə ABŞ admiralı Conatan Hernet bildirib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button