Ruhi xəstə kinoteatra tapança və balta ilə hücum etdi
ABŞ-ın Tennesi ştatının Neşvil şəhəri kənarında kinoteatrların birinə silahlı hücum olub.
ANS PRESS-in məlumatına görə, insident nəticəsində hücum edənin özü həyatını itirib. Belə ki, o polis tərəfindən güllələnib.
Hücum edən odlu silah və balta ilə silahlanıb və bundan əlavə bibər aerazolundan da istifadə edib. Cinayətkarın üstündə iki çanta da olub ki, polis araşdırması zamanı birinin içindən bomba maketi çıxıb. Hazırda polis ikinci çantanı nəzərdən keçirir.
Yanğınsöndürmə xidmətinin nümayəndəsinin bildirdiyinə görə, insident nəticəsində bir nəfər yüngül xəsarət alıb. Daha üç nəfər bibər aerazolundan zədə alıb.
Hücum edənin şəxsiyyəti də müəyyənləşib. O, 29 yaşlı Vinsent Montanodur. Hücumçunun anası bir neçə gün bundan qabaq oğlunun itməsi barədə polisə müraciət edib.
Yerli WSMV-TV kanalının məlumatına görə, anası oğlunun 2006-cı ildən bu yana şizofreniyadan əziyyət çəkdiyini bildirib.