Dünya

“Bu siyahı kiminsə əlinə keçsə…” – Trampın evindən tapılan məxfi sənədlərlə bağlı YENİ İDDİA

Trampın evindən tapılan gizli nüvə sənədləri ilə bağlı daha bir iddia irəli sürülüb.

“Washington Post”un yeni iddiasına görə, bu sənədlər arasında xarici ölkələrin əllərindəki silahlarla bağlı çox təhlükəli informasiyalar da yer alıb.

Kəşfiyyat rəsmiləri Donald Trampın Ağ Evi tərk etdikdən sonra 18 ay ərzində nüvə sirlərini məxfi sənədlər arasında gizlətdiyi “Palm Beach” kurortun və  “Mar-a-Laqo”nun xarici casuslar üçün hədəf ola biləcəyinə dair xəbərdarlıq edib. Trampın bu addımının ABŞ və digər ölkələrə nə qədər ziyan vura biləcəyi hələ tam olaraq qiymətləndirilməsə də, zərərin böyük olduğu təxmin edilib.

Bundan əlavə, Trampın evindən ən yüksək təhlükəsizlik icazəsi olan administrasiya rəsmiləri arasında belə dövriyyəsi ciddi şəkildə məhdudlaşdırılan ABŞ kəşfiyyat əməliyyatları ilə bağlı sənədlər də çıxıb.

“Lakin bütün bu sənədlər arasında ən narahatedici və təhlükəli olanı, şübhəsiz ki, düşmən ölkələrdəki agentlərin şəxsiyyətlərini və kəşfiyyat məlumatlarını ehtiva edən sənədlərdir. Bu siyahı kiminsə əlinə keçsə, saysız-hesabsız insanların kimliyi üzə çıxacaq, həyatları təhlükə altında olacaq. Əgər Mar-a-Laqoda son 18 və ya 20 ay ərzində tapılan sənədlər Rusiya kəşfiyyatı və digər xüsusi xidmət orqanları tərəfindən hədəfə alınıbsa, bu, xarici agentlərin evə girib-çıxmasının sübutu sayıla bilər. Bu baxımdan ABŞ-ın keçmiş prezidentinin evi xarici kəşfiyyat xidmətlərinin açıq hədəfidir”, deyə yazıda qeyd edilib.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button