Dünya

İrəvanda “əsgər ölümlərinə son” aksiyası – İstefa tələbi səsləndi, meydana polis girdi

44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri və yaxınları yenidən Ermənistan Milli Məclisinin binasındadırlar və Paşinyanın istefasını tələb etməkdə davam edərək etiraz aksiyası keçirirlər.

Bu barədə “Hraparak” məlumat verib.

Erməni nəşri əlavə edib ki, hazırda əraziyə polis qüvvələri gətirilir:

“Onlar artıq divar hörüblər və hazırda valideynləri içəriyə girməyə qoymurlar”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, valideynlər ötən gecə deputatlara verəcək sualları olduğunu açıqlayıblar. Əsgər valideynləri onlara rəhbərlik etmək üçün Ermənistanın sabiq prezidentlərinə də müraciət ediblər.

yenisabah.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button