Dünya

“Kaş Özbəkistana gələydi, bunları onun üzünə deyərdim…” – Ərdoğan

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşmək istədiyini deyib.

Ölkə başçısı bu barədə Şanxay beşliyi toplantısı üçün Özbəkistana getməzdən əvvəl AK Partiya Mərkəz Qərar Divanının toplantısında danışıb.

Belə ki, tədbirdə xarici işlər naziri Mövlud Çavuşoğluna prezident Ərdoğanın Səmərqənddə Əsədlə görüşəcəyi ilə bağlı xəbərlərin olduğu xatırladılıb və ona “Ərdoğan və Əsəd görüşəcəkmi?” sualı ünvanlanıb.  Çavuşoğlu isə qarşılığında “Əsəd Şanxay beşliyinə gəlmir. Belə bir dəvət yoxdur”, deyə söyləyib.

Məlumata görə, Çavuşoğlunun bu çıxışından sonra prezident Ərdoğan fikirlərini bu cür ifadə edib:

“Əsədin ucbatından Suriya parçalanmaq üzrədir. O, öz hakimiyyətini qorumaq üçün müxalifətlə vuruşdu. Kaş Özbəkistana gələydi, bunları üzünə deyərdim. Biz o vaxt Əsədə “bax, bunu etsən, Suriya parçalanacaq” demişdik. O, bizim xəbərdarlıqlarımıza məhəl qoymadı. Amma ABŞ-ın, Rusiyanın ora girəcəyini düşünmürdü. Əsəd öz iqtidarını qorumağı seçdi, lakin Suriyanın böyük torpaqlarını qoruya bilmədi”.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button