Dünya

Çində dövlət çevrilişi – Si Cinp ev dustağıdır, hakimiyyət bu generala keçdi + FOTO

Sosial şəbəkələrdə Çində hərbi çevriliş baş verdiyi xəbərləri yayılıb. Xəbərin ilkin qaynağı məşhur çinli jurnalist Cenifer Zenq olaraq göstərilir. Onu da diqqətlərə çatdırmaq istərdik ki, Zenq koronavirus barədə məlumatı dünya ictimaiyyətinə ilk çatdıran şəxsdir.

C.Zenqin iddiasına görə, Çin dövlət başçısı Si Cinpin orduda yüksək vəzifələr tutan bir çox generalın tərtib etdiyi çevrilişin ilk qurbanıdır.

Bəzi iddialara görə, dövlət başçısı ev dustağı edilib. Si Cinpinə yaxın generallar isə qiyamçılar tərəfindən həbs olunublar. Qiyamı ABŞ yanlısı hərbçilərin reallaşdırdığı iddia olunur.

Paytaxt Pekinə doğru çoxlu sayda zirehli texnikalardan ibarət konvoyun hərəkət etdiyi bildirilir. 6 mindən çox təyyarə uçuşu ləğv edilib, dəmir yollarında hərəkət dayanıb.

Qiyamçıların başında ordu generalı Li Qiaominqin olduğu söylənilir. Si Cinpinin səlahiyyətlərinin müvəqqəti olaraq general Li Mi Tuna keçdiyi söylənilir.

boyuksherg.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button