Dünya

İlon Maskın bu paylaşımı Ukraynalı səfiri və Zelenskini özündən çıxardı: “Rədd ol…”

Amerikalı sahibkar, “SpaceX “in qurucusu İlon Maskın  Rusiya və Ukrayna arasında sülhün mümkün şərtlərini açıqlaması səs-küyə səbəb olub.

Maska Ukrayna tərəfindən ilk rəsmi reaksiya ölkənin Almaniyadakı səfiri Andrij Melnikdən gəlib. İş adamının paylaşımından qısa müddət sonra onu etiketləyən səfir “Twitter”də bu mesajı paylaşıb: “”Rədd ol get”, sənə verə biləcəyim ən diplomatik cavabdır”.

Mask isə yeni paylaşım edib və  “O zaman gəlin, bunu sınayaq: Rusiya yoxsa, Ukraynanın bir hissəsi olduğuna Donbas və Krımda yaşayanların iradəsi qərar verməlidir” yazaraq sorğu başladıb. Onun bu paylaşımına Ukrayna lideri Zelenskidən cavab gecikməyib. İlon Maska sorğu ilə qarşılıq verən Zelenski izləyicilərinə bu sualı verib: “Hansı İlon Maskı daha çox bəyənirsiniz? Ukraynanı dəstəkləyən yoxsa Rusiyanı?”.

1,6 milyondan çox insanın səs verdiyi sorğuda “Ukraynanı dəstəkləyən” cavabı 81,4 faizlə liderlik edib.

Xatırladaq ki,  İlon Mask Rusiya və Ukrayna arasında sülhün mümkün şərtlərini açıqlayıb.  Onun fikrincə, BMT-nin nəzarəti altında Rusiyanın tərkibinə daxil olan regionlarda təkrar seçkilər keçirmək lazımdır. Eyni zamanda, o, sülh üçün Krımın Rusiyanın tərkibində qalmalı olduğunu bildirib.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button