Dünya

Haqqında həbs qərarı çıxarılmış keçmiş prokuror Gürcüstana qaçdı

Haqqında həbs qərarı çıxarılmış keçmiş prokuror Gürcüstana qaçdıTürkiyədə haqqında həbs qərarı çıxarılan keçmiş prokuror Zəkəriyyə Özün Gürcüstana qaşdığı məlum olub.

Avropa.info xəbər verir ki, bu haqda Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumatlara görə, Bakırköy Prokurorluğu tərəfindən haqqında həbs qərarı çıxarılan Zəkəriyyə Öz dünən gecə saatlarında Artvin Sərhəd qapısından keçərək Gürcüstana qaçıb.

Qeyd edək ki, Zəkəriyyə Öz Gülən camaatının ən yaxın ismlərindən biri hesab olunur. Onun haqqında \”terror təşkilatı qurmaq\”, \”çevriliş yolu ilə Türkiyə Cümhuriyyəti hökumətini devirmək \” ittihamları ilə həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Zəkəriyyə Öz Gəzi hadisələri zamanı çıx fəallıq göstərmişdi. Bir neçə gün öncə isə Zəkəriyyə Öz açıqlamasında PKK-nı Gəzi hadisələrinə dəstək verməməkdə ittiham etmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button