Dünya

Putin Ukraynanı hədələdi

Rusiya Prezidenti Vladimir Putin bu gün səhər saatlarında Ukraynaya genişmiqyaslı hücumların həyata keçirilməsini təsdiq edib.

Vladimir Putin bu barədə ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi iclasda deyib.

“Bu gün səhər Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planına əsasən Ukraynanın energetika, hərbi idarəetmə və rabitə obyektlərinə zərbələr endirildi. Ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt və öz miqyasına görə Rusiyaya qarşı yaradılan təhdidlərin səviyyəsinə uyğun olacaq”, – deyə Putin qeyd edib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button