Dünya

Kuleba ABŞ-ın keçmiş səfiri ilə danışdığını zənn edərək bu sirrləri açdı – VİDEO

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba rusiyalı “pranker”lər tərəfindən aldadılıb.

Prankerlər özünü ABŞ-ın keçmiş səfiri kimi qələmə veriblər. Videogörüşün ortaya çıxan görüntülərində Dmitro Kuleba Kerç körpüsünə edilən hücuma, eləcə də Ukrayna ilə sərhəddə Rusiyanın bir şəhərində elektrik təchizatını dayandıran növbəti partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Nazirin həqiqətən ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolla danışdığına inandığı vurğulanıb. O, qarşı tərəflə danışığı zamanı bu cümlələrdən istifadə edib: “Məndən Krımda və ya Belqorodda o yerləri kimin partlatdığını soruşsanız, təkbətək danışdığımızı  və “Zoom” zəngində məxfiliyə sahib olduğumuzu düşündüyüm üçün deyə bilərəm ki,  bəli, bunu edən biz idik. Krım, ilk növbədə, Ukraynadakı rus ordusu üçün sursat mənbəyi və onların vuran təyyarələri üçün hava bazası idi.  Buna görə də Kırımda aviasiya üçün sursat anbarlarının məhv edilməsi Rusiyanın Ukraynadakı döyüş qabiliyyətinə birbaşa təsir edir”.

Məlumata görə, nazirlə “zarafatlaşanlar” isə  “Vovan və Lexus” kimi tanınan komediya dueti  Vladimir Kuznetsov və Aleksey Stolyarov olub. Onlar daha öncə də oxşar addımlar atıblar. Belə ki, mart ayında Vovan və Lexus Britaniyanın müdafiə naziri Ben Uollesi aldadaraq özlərini ukraynalı siyasətçi kimi göstərib və Ukraynanın nüvə ambisiyalarını müzakirə ediblər.

Günay Rəsulqızı

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button