Dünya
Qaçan prokurorların Almaniyada yerləşdiyi oteldə ilginc olay
Türkiyədə haqlarında həbs qərarı çıxarılan keçmiş prokuror Zəkəriyyə Öz və Cəlal Karanın Almaniyada qaldıqları otelin qapısında diqqət çəkən nüans ortaya çıxıb.
Avropa.info xəbər verir ki, Öz və Karanın yerləşdiyi bildirilən \”Römerhöf\” otelinin qapısına \”istirahətdəyik\” elanı vurulub. Elanda bildirilir ki, otel avqustun 19-na qədər bağlıdır.
Mehmanxananın qapı və pəncərələrinin örtülü olmasına baxmayaraq jalüzlər açıqdır. Oteli türklərin işlətdiyi bildirilir. Türkiyə mətbuatının yazdığına görə, Almaniyada otelin \”istirahətə\” çıxması qeyri-adi hadisə sayılır.
Otelin telefonu isə bir cib telefonuna istiqamətlənib. Bu nömrə də \”qapalı\” mesajı verir.
Loading...