Dünya
Kadırovdan ağlasızğmaz qərar – Əleyhdarlarına misli görünməmiş cəza mexanizmi
Çeçenistan prezidenti Ramzan Kadırov Qafqaz əmirliyinin tərkibində döyüşənlərin ailələrinə qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.
Avropa.info-nun Rusiya mətbuatına istinadən verdiyi xəbərdə Kadırovun dövlətə qarşı çıxanların ailələrini geri dönməmək şərti ilə Çeçenistandan deportasiya edəcəyi bildirilir.
Kadırov verdiyi açıqlamada bildirib ki, Qafqaz əmirliyinin tabeliyində olanların ailələri ölkədən deportasiya olunacaq, evləri isə tamamilə uçurulub yerlə bir olunacaq. Kadırov bunun sərt bir tədbir olduğunu qeyd edərək, eyni zamanda, çox ədalətli olduğunu deyib.