Dünya

Bayden İranla müharibəyə başlayacağını bəyan etdi: “Bu, son çarədir…”

ABŞ Prezidenti Cozef Bayden İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün məsələnin hərbi yolla həllinə əl atmağa hazırdır.

Bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli bildirib. ABŞ Dövlət Departamentinin rəsmisi “Foreign Policy” jurnalının ev sahibliyi etdiyi onlayn konfransda bunları deyib:

“Prezident Bayden lazım gələrsə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün son çarə kimi hərbi variantla razılaşacağını söylədi”.

Buna baxmayaraq, Melli əlavə edib ki, hazırda belə bir şey tələb olunmur.

Əzizə

sfera.az

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button