Dünya

“Putin bu haqda…” – Peskovdan yeni səfərbərliklə bağlı açıqlama

Son günlər Rusiya prezidenti Vladimir Putinin yenidən səfərbərliklə bağlı fərman imzalayacağı haqda xəbərlər yayılır.

Bununla bağlı Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verib. O, sosial şəbəkələrdə mümkün yeni səfərbərlik dalğası ilə bağlı mesajlara əhəmiyyət verməməyə və diqqəti rəsmi məlumatlara yönəltməyə çağırıb.

“Sosial şəbəkələrdə çoxlu təxribat xarakterli məlumatlar yayılır. Müdafiə Nazirliyindən, Prezidentdən gələn məlumatlara diqqət yetirmək lazımdır. Səfərbərliyə gəlincə, Putin bu haqda artıq hər şeyi deyib”.

Qeyd edək ki, oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Rusiyada sentyabrın 21-də başlayan qismən səfərbərliyin başa çatması barədə hesabat verib. Şoyqunun sözlərinə görə, 300 min nəfər hərbi xidmətə çağırılıb, qismən səfərbərlik çərçivəsində əlavə tapşırıqlar isə nəzərdə tutulmayıb.

Günay Rəsulqızı

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button